Ru
11:55 / 23 May 2022

Dünyanın ən yaşlı kişisi tapıldı - Ginnesin Rekordlar kitabı

Dünyanın ən yaşlı kişisi tapıldı - Ginnesin Rekordlar kitabı
Eye

112 yaşlı venesuelalı kişi dünyanın ən qoca kişisi elan edilib.

Bakupost.az xəbər verir ki, Xuan Mora adlı kişi 1909-cu ildə anadan olub.

Ginnesin Rekordlar Kitabına 113 yaşı tamam olmağa az qalmış daxil edilən Mora 104 yaşına kimi fermer kimi işləyib.

1937-ci ildə evlənib, amma arvadı 1997-ci ildə ölüb. Onun 11 övladı, 41 nəvəsi, 18 nəticəsi, 12 kötücəsi var.

Mora etiraf edib ki, hər səhər bir fincan qəhvə içir. Hər həftə kilsəyə gedir, hər axşam dualar edir.

O deyir ki, həyat mənə hər gün işə səhər tezdən getməyi öyrətdi.



Aygün Musayeva
BakuPost


Dünyanın ən yaşlı kişisi tapıldı - Ginnesin Rekordlar kitabı
Dünyanın ən yaşlı kişisi tapıldı - Ginnesin Rekordlar kitabı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar