Ru
11:14 / 05 İyun 2024

Ədliyyə nazirinin yeni müavini kimdir? - Dosye

3567
Xəbər verdiyimiz kimi, Ali Məhkəmənin hakimi Abiddin Hüseynov Ədliyyə naziri Fərid Əhmədova müavin təyin edilib.

Bakupost.az A.Hüseynovun dosyesini təqdim edir:

A.Hüseynov 1977-ci ildə anadan olub.

47 yaşlı nazir müavini 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda magistratura pilləsini, 2003-cü ildə Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsini bitirib.

2000 – 2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində aparıcı mütəxəssis, 2003 – 2004-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində məsləhətçi, 2004 – 2008-ci illərdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin köməkçisi, 2008 – 2010-cu illərdə Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini, 2010 – 2013-cü illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakim, 2013 – 2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2023-cü ildə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər