Ru
14:31 / 19 May 2022

Əflatun Amaşovdan Qadir İbrahimli ilə bağlı açıqlama

1726
“Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımız Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir”.

Bakupost.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O, qeyd edib ki, məsələ ilə bağlı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının rəhbərliyi ilə bir neçə dəfə əlaqə saxlanılıb: “Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz.

Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümid edək ki, səhhəti düzələcək”.


Qeyd edək ki, tanınmış jurnalist Qadir İbrahimli reanimasiya şöbəsinə yerləşdirilib.

TƏBİB-in məlumatına görə, o kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.


Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər