Ru
17:50 / 16 Aprel 2024

Əfqanıstanı sel vurdu - 50 nəfər öldü

924
Əfqanıstanda leysan yağışların səbəb olduğu daşqın nəticəsində 50 nəfər həyatını itirib, 36 nəfər isə yaralanıb.


Bakupost.az xəbər verir ki, ötən həftədən bəri təsirli olan güclü yağışlar Əfqanıstanın 34 vilayətindən 20-də daşqınlara səbəb olub.

Əfqanıstan Milli Fəlakət Agentliyinin sözçüsü Janan Saeq verdiyi açıqlamada, Pərvan, Uruzqan və Pəncşir də daxil olmaqla bir çox əyalətdə güclü yağış və daşqınlar nəticəsində 50 nəfərin həyatını itirdiyini, 36 nəfərin isə yaralandığını bildirib.

Sözçü Saeq bildirib ki, daşqın nəticəsində 600-dən çox ev, 1950 hektar kənd təsərrüfatı sahəsi və 75 kilometr yol zədələnib, 200-dən çox mal-qara tələf olub.

O, həmçinin yardım təşkilatlarının dəstəyi ilə seldən zərər çəkmiş 22 min 851 ailəyə yardım etdiyini və zərər çəkmiş bölgələrə yardımların çatdırılması prosesinin davam etdiyini qeyd edib.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər