Ru
08:54 / 23 İyun 2022

Əhaliyə şad xəbər: pensiya və müavinətlər artırılacaq - VİDEO

27994
Pensiya və müavinətlər artırıla bilər. Çünki Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır.


Bakupost.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, büdcədəki artım öncə pensiyalara öz təsirini göstərəcək.

Millət vəkili uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılmasına da diqqət çəkib.

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlir və xərclərinin də 1 milyon manat artırılması nəzərdə tutulur. Bu artım əsasən ictimai işləri yerinə yetirənlərə yönəldiləcək.



Şərhlər
  • Pensiyaçı

    "Artırıla bilər" artırılacaq demək deil! İnsanları belə boş sözlərlə aldatmayın,ümid verməyin! Belə yanlış məlumatlar insanların psixikasına təsir edir.Musa quliyev özünə imic qazanmaq üçün belə sözlər deyə bilər.Amma görək möhtərəm Prezident Sərəncam verəcəkmi?Yalnız Prezidentin Sərəncamı ( əgər o da yerinə yetirilərsə) bu məsələnin doğruıuğuna əsas verir.

  • t.ədalət

    Eşitdiyimizə görə Musa Quliyev uroloqdur.Şəxsi klinikası və uğurlu qazanc yeri var.Ona görə də belə bir kommersantın əhalinin sosial dərdinə ilac olması qeyri-mümkündür.Hörmətli "zəngəzurşik"dən xahişimiz odur ki, öz siyasətini əhalinin sosial ehtiyacları ilə bağlı problemlərin üzərində qurmasın.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər