Ru
12:10 / 12 May 2022

Ekspert qızlar məktəbinin açılması təklifinə qarşı çıxdı

Ekspert qızlar məktəbinin açılması təklifinə qarşı çıxdı
Eye

“Ölkədə qızlar üçün ayrıca məktəblərin, kolleclərin yaradılması hazırda prioritet deyil”.


Bakupost.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.


İ. Orucov bildirib ki, Azərbaycan müasir, demokratik, dünyəvi və tolerant ölkədir, burada qadın və kişilər arasında hansısa ayrı-seçkilikdən söhbət gedə bilməz:


“Ölkədə qızlar üçün ayrıca təhsil müəssisələrinin yaradılmasına ehtiyac görmürəm. Azərbaycan müasir, demokratik, dünyəvi və tolerant ölkədir, burada qadın və kişilər arasında hansısa ayrı-seçkilikdən söhbət gedə bilməz. Qanunla ölkədə qadın və kişilər eyni hüquqa malikdirlər. Biz milli dəyərlərimizə zidd olan davranışların cəmiyyətimizə transfer olunmamasında maraqlı olmalıyıq. Əgər biz milli dəyərlərimizə sahib çıxsaq və onları yaşatsaq, nə ayrıca qadın məktəbinə ehtiyac olacaq, nə də milli mentalitetimizə yad elementlər cəmiyyətimizə gələcək”.


İ. Orucovun sözlərinə əsasən, bu gün Avropa cəmiyyətində kifayət qədər cinsi pozğunluq halları baş verir. Avropalılar buna inkişaf deyir. Ancaq bu, inkişaf deyil deqradasiyadır, tənəzzüldür:


“Biz bunları cəmiyyətimizə buraxmalı deyilik. Biz yaxşı şeyləri, müsbət tərəfləri dünyadan götürməliyik. Başqa cür inkişaf ola bilməz. Fikrimcə, hər iki cinsin, yəni oğlan və qızların eyni sinifdə təhsil alması çox yaxşı ənənədir”.


Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Fazil Mustafa mətbuata açıqlamasında qızlar üçün oğlanlardan ayrı məktəbin açılmalı olduğunu bildirib. Onun fikrincə, bu halda qızlar həyata daha hazır vəziyyətdə yetişirlər.


Sevinc
BakuPost


Həmçinin oxuyun:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar