"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.
Mütəxəssis 52 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Məmmədov Azərbaycanın U-21 millisinin məşqçisi olub. O, müxtəlif vaxtlarda "Xəzər Lənkəran", Sumqayıt"ın əvəzedici komandası və "İrəvan" klublarında baş məşqçi vəzifələrində çalışıb.