Ru
13:27 / 27 Aprel 2024

Əli Kərimli İlham Əliyevi təbrik etməli idi - Paşinyanın Bakıya səfəri gözlənilir - Natiq Cəfərli ilə VİDEOMÜSAHİBƏ

13979
REAL Partiyasının icra katibi Natiq Cəfərli Bakupost.az -a videomüsahibə verib.

O, müsahibədə rus sülhməramlılarının Azərbaycanda çıxarılması, Əliyev və Putinin Moskva görüşü, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması, digər 4 eksklav kəndlə bağlı müzakirələr, Ermnistandakı daxili siyasi vəziyyət, eləcə də Azərbaycanda gözlənilən parlament seçkiləri və müxalifətdaxili münasibətlər haqda sualları cavablandırıb.

N.Cəfərli qeyd edib ki, rus sülhməramlılarının Azərbaycandan çıxarılması gözlənilməz olsa da, asan başa gəlməyib. Onun sözlərinə görə, Rusiya tərəfi yaxın vaxtlara qədər Qarabağ ermənilərinin bir qisminin geri qaytarılması sülhməramlıların 2025-ci ildən sonra da Azərbaycan ərazilərində qalması istiqamətində iş aparırdı:


"Sülməramlıların Qarabağdan çıxmasına bir sıra məsələlərin təsiri oldu. Onların gözlənilməz şəkildə Azərbaycandan çıxmasının şahidi olduq. Ancaq bnun elə də asan proses olduğunu düşünmürəm. Çünki ay yarım bundan öncə Rusiya xarici işlər nazirinin müavini açıq şəkildə dedi ki, biz Xankəndi və ətraf kəndlərdən köçən ermənilərlə danışıqlar aparırıq, onlarla görüşürük, onların qaytarılması ilə bağlı zəmanət verməyə və bu prosesə rəhbərlik etməyə hazırıq. Lakin bu cəhdlər ugursuz oldu və Qarabağ ermənilərini qaytarmaq mümkün olmadığı üçün rus sülhməramlılarının yerinə yetirəcəyi heç bir funksiya qalmamışdı".



Qazaxın 4 kəndinin qaytarılmasından danışan N.Cəfərli bunun, eləcə də delimitasiya və demarkasiyanın ilkin şərtləri ilə bağlı razılaşmanın rus sülhməramlılarının Qarabağdan çıxmasından bir gün sonra baş verdiyini xatırladıb:


"Həmin gecəni çox yaxşı xatırlayıram. Rusiya televiziyalarında belə bir dağla başlanıldı ki, “bizi bəyənmirdiniz, indi çıxırıq və bir-birinizin boğazını gəmirəcəksiniz”.

N.Cəfərli eyni zamanda bəzi müxalifət liderlərinin, o cümlədən teleaparıcı Sevinc Osmanqızının rüs sülhməramlılarının heç vaxt Qarabağdan çıxmayacağı, Qazaxın kəndlərinin geri qaytarılmayacağı haqda fikirlərinə münasibət bildirib və onları çox sərt tənqid edib. O, müxalifət liderlərinin bu cür səhvləri etiraf etməli və üzr istəməli olduqlarını bildirib.

N.Cəfərli payızda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da Ermənistanın baş naziri Nikol Paşinyanın qatıla biləcəyini istisna etməyib.

Daha ətraflı videoda...


Zahid Nurəliyev
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər