Ru
14:50 / 10 Mart 2026

Əməkdar artistin məzarı müzakirə yaratdı - VİDEO

Əməkdar artistin məzarı müzakirə yaratdı - VİDEO
Eye

SSRİ Əməkdar artisti, Azərbaycanın tanınmış opera ifaçısı və aktrisası Sona Aslanovanın məzarından yayılan video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, paylaşılan görüntülərdə sənətkarın məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkib. Kadrlarda məzar ətrafının səliqəsiz görünməsi və lazımi qayğı göstərilməməsi narazılığına səbəb olub.

Sosial media istifadəçiləri Azərbaycanın tanınmış sənətçilərindən biri olan Sona Aslanovanın xatirəsinə daha çox diqqət yetirilməli olduğunu bildiriblər. Bəzi şəxslər isə belə sənətkarların məzarlarının qorunmasının və baxımının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Sona Aslanova Azərbaycan opera sənətinin tanınmış simalarından biri olub və uzun illər səhnədə uğurlu fəaliyyəti ilə yadda qalıb. Onun sənət irsi bu gün də musiqisevərlər tərəfindən hörmətlə xatırlanır.


Şərhlər
  • Şəhriyar Babayev

    Mərhum sənətkarımız Sona xanım Aslanova SSRİ əməkdar artisti deyil ("SSRİ əməkdar artisti" adında fəxri ad ümumiyyətlə yox id!), Azərbaycan SSR əməkdar artisti idi. Allah rəhmət eləsin!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar