Ru
09:42 / 30 Mart 2023

Ən faydalı meyvə - 1 dənəsi 100 meyvəyə bərabərdir

6897
İmmunitet sistemi xəstəliklərə qarşı ən mühüm silahlarımızdan biridir. Bu səbəbdən bu sistemin gücləndirilməsi xəstəliklərə tutulma riskini azaltmaq deməkdir. İydə də bu baxımdan çox faydalı meyvədir.

Bakupost.az iydənin faydalarını təqdim edir.

100 qram iydənin tərkibində 7 qram yağ, 5 qram karbohidrat, 1 qram protein, kalsium, natrium, kalium, dəmir və C vitamini var.

Bundan əlavə, mütəxəssislər 100 qram iydənin 118 Kkal enerji verdiyini bildirib.

C vitamini ilə zəngin olan iydə, orqanizmi xəstəliklərdən qoruyur, immun sistemini gücləndirir. Soyuqdəymə, qrip kimi bir sıra xəstəliklərin öhdəsindən gəlir.

Dəmir çatışmazlığı anemiyası və dəmir qəbulu problemi kimi xəstəliklərə qarşı da təsirli olan iydənin istifadəsi ishala qarşı da tam qorunma təmin edir.

Həzm sisteminə tənzimləyici təsir göstərən yağlı giləmeyvə sayəsində bağırsaq problemləri də sıfırlanır. Davamlı baş ağrısı, halsızlıq, başgicəllənmə kimi halların qarşısını alır. Orqanizmin gün ərzində ehtiyac duyduğu enerjini təmin edir.



Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər