Ru
12:18 / 04 İyul 2025

Ərdoğan Azərbaycana gəldi

Ərdoğan Azərbaycana gəldi
Eye

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan səfərə gəlib.


Bakupost.az xəbər verir ki, Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.


*****

10:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.


Bakupost.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunur ki, səfərdə Türkiyə liderini ölkənin xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyə Prezidentinin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar