Ru
15:22 / 28 Yanvar 2022

Ərəb şeyxinə ərə getmiş azərbaycanlı atlet məhkəmə qarşısında: uşaqları əlindən alınır - FOTO

24017
Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərindən biri ilə evli olmuş azərbaycanlı gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq.

Bakupost.az xəbər verir ki, o, məhkəməyə keçmiş əri, Dubay əmirinin qardaşı oğlu Şeyx Səid Əl Məktum tərəfindən verilib. Onun məhkəmə iddiasında 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi göstərilib.

Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Qeyd edək ki, Zeynəb Cavadlı ərəb şeyxi ilə 2015-ci ildə ailə həyatı qurub. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların 3 qızı var.


Bildirək ki, bir müddət əvvəl Zeynəbin həmin şeyx tərəfindən işgəncələrə məruz qalması, təhdid altında yaşaması ilə bağlı yayılan video böyük rezonansa səbəb olmuşdu.




Məlumata görə, Zeynəb hazırda da təhdid altında yaşayır, o, uşaqlarını Dubaydan çıxara bilmədiyinə görə vətənə dönə bilmir.

Zeynəbin başına gələnlərlə bağlı yaxın günlərdə məlumat dərc edəcəyik...







Şərhlər
  • t.ədalət

    Müstəqillikdən sonra qeyri millətə ərə getməkdə Azərbaycan qadınları erməni və rusları arxada qoydu.Milli qürurunu seksə qurban verənlər üçün narahat olmağa dəyməz.Təəssüflə demək lazımdır ki,indi xarici kişilər suyu boş qadınlarla əylənməyə daha çox Azərbaycana gəlirlər..

  • X

    NE ISIN VARDI CIGIRDA CAQQAL SENI CIGIRDA. YENEDE ALLAH KOMEYI OLSUN

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər