Ru
14:21 / 29 Aprel 2024

Erməni müxalifəti Paşinyanı devirə biləcək? - ŞƏRH

1213
Ermənistan rəhbərliyinin Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı qərarından sonra İrəvanda vəziyyət yenidən kəskinləşib. Tavuşdan başlayan mitinqlərə dəstək məqsədilə revanşist qüvvələr İrəvanda da etiraz aksiyaları keçirirlər. Bu aksiyaların arxasında isə keçmiş Qarabağ klanları və Rusiyanın dayandığı iddia olunur.

Maraqlıdır ki, bu aksiyalar Ermənistan daxilində ciddi qarşıdurma və hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?



Məsələni Bakupost.az- a şərh edən sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Ermənistanda çox şey Rusiyanın proseslərə müdaxiləsindən asılıdır.

“Əgər Rusiya birbaşa müdaxilə etməsə, orda Paşinyan hakimiyyətini devirmək mümkün görünmür. Amma birbaşa hərbi müdaxilə edilsə, o zaman vəziyyət dəyişə bilər”, - deyə o vurğulayıb.

P.Hüseyn bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün mümkün hərbi müdaxilələr edə bilər:

“Bu aksiyalar onu həyata keçirənlər üçün uğurlu olsa, o halda Azərbaycan hərbi qüvvələrindən istifadə etməklə öz ərazi bütövlüyünün bərpası istiqamətində hərəkətlər etməlidir. Bizə qarşı müharibə təhdidi yarandığına görə fikrimcə, Azərbaycan 2020-ci ildə yarımçıq qalmış işi axıra çatdırmalıdır”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər