Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:05 / 27 Noyabr 2024

Ermənilər Başkəndə iddiadan imtina edəcək? - Açıqlama

1876

“Sülh danışıqları çərçivəsində tərəflərin qarşılıqlı güzəşt məsələsi gündəmə gələ bilər. Azərbaycanın Ermənistan ərazisində 4 anklav kəndi var. Ermənistan isə Gədəbəyin Başkəndini öz anklavı hesab edir. Güzəşt məsələsi isə anklavlarların mübadiləsi anlayışını gündəmə gətirə bilər”.

Bunu Bakupost.az -a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, ermənilər iddia edir ki, Bakı Naxçıvanın Kərki kəndini güzəştə gedərsə, onlar da Başkəndə olan iddiadan imtina edəcəklər. Digər anklav kəndlərdən strateji əhəmiyyətli yollar keçdiyinə görə, burada rüsumların alınması məsələsi də mövcuddur:

“Həmin ərazilərdən keçən yolların Ermənistanda icarə əsasında qalması mümkün ola bilər”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar