Ru
17:37 / 03 Oktyabr 2022

"Ermənilər əsirlərin üzərindən tanklarla keçib" - Ekspert

6670
"Dünən Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın bir araya gəlməsi, bundan əvvəl Azərbaycan Prezidentinin Bolqarıstana səfəri, oradakı çıxışı və bir sıra digər məqamlar yəqin ki, müəyyən qüvvələri narahat edib. Ona görə də həmin video məqsədyönlü şəkildə yayılıb".


Bu fikirləri Bakupost.az -a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov erməni əsirlərin "güllələnməsi"nə dair video haqqında danışarkən deyib.


Ekspert bildirib ki, Azərbaycanla Ermənistan arasında aktiv döyüş əməliyyatları olmadığı bir vaxtda videonun ortaya çıxması onun müəyyən qüvvələrin maraqlarına xidmət etdiyini sübut edir:



"Məqsədyönlü şəkildə müəyyən dairələrin ortaya çıxartdığı görüntülərdir. O videonun harada, necə, kimlər tərəfindən çəkilməsilə bağlı Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Ermənilərin Azərbaycan hərbiçilərinin başına gətirdiyi yüzlərlə dəhşətli, işgəncə dolu hərəkətlərin qarşısında bu, adi bir hadisədir. Əlbəttə ki, heç bir halda zorakılığı dəstəkləmirəm və onun tərəfdarı deyiləm. Amma ermənilərin körpə azərbaycanlı uşaqları, qızları, gəlinləri, qocaları süngüdən keçirməsini, dəmir borulara doldurub ağzını qaynaqlamasını cəmiyyətimiz unutmamalıdır. Videolarla bağlı fikir yazanlar unutmasınlar ki, müasir tariximizin ən yaxın dönəmlərində Xocalı və onun kimi onlarla faciələr olub. Ermənilərin azərbaycanlı əsirlərin üzərindən tanklar, döyüş maşınları ilə keçdiyinə dair yüzlərlə faktlar deyə bilərik. Beynəlxalq qurumlar indiyə qədər azərbaycanlıların başına gətirilən faciələrin hansı birinə görə Ermənistana təzyiq ediblər?

Bu tip hadisələr olanda Azərbaycanın xaricdəki səfirlik və konsulluqları beynəlxalq ictimaiyyəti məhz erməni yalanlarına uymamağa çağırmalıdır. İnformasiya cəbhəsində həm cəmiyyətimiz, həm də xaricdəki soydaşlarımız erməni təxribatına qarşı aktiv olmalıdır. Cəmiyyət, hökumət, ordu olaraq ermənilərin istər informasiya, istərsə də cəbhədəki bütün təxribatlarının qarşısının alınmasında ayıq-sayıq olmalıyıq".


Fərid
Baku Post


Həmçinin oxuyun:




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər