Ru
11:04 / 22 Aprel 2024

Ermənilər Xeyrimli-Aşağı Əskipara yolunu bağladılar - VİDEO

1246
Erməni sakinlər Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Xeyrimli-Aşağı Əskipara(Kirants-Voskepar) hissəsini bağlamağa davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.

Xəbərə görə, blokadada olan ərazidə gecə sakit keçib. Bir gün əvvəl “qırmızı beretlilərin” oraya doğru getdiyi barədə məlumat daxil olub. Səhər saatlarında polis kənd sakinlərini yolu açmağa razı salmağa çalışsa da, danışıqlar nəticəsiz qalıb.


"Novosti Armeniya"nın iddiasına görə, "etiraz aksiyasında təkcə Xeyrimli(Kirants) və Aşağı Əskipara(Voskepar) kəndlərinin deyil, 8 kəndin Azərbaycana təslim edilməsi planının həyata keçiriləcəyi təqdirdə daha ciddi təhlükə ilə üzləşəcək bir çox digər sərhəd kəndlərinin sakinləri" iştirak edir:

"Həmin kəndlər təslim ediləcəyi təqdirdə Azərbaycan hərbçiləri sözün əsl mənasında erməni kəndlərindən bir neçə metr aralıda, konkret olaraq demək olar ki, Xeyrimlinin (Kirants) özündə olacaqlar. Eyni zamanda, dövlətlətlərarası yolun bir hissəsi - hazırda sakinlərin bağladığı yol, qaz kəməri, strateji yüksəkliklər və kommunikasiya qurğuları Azərbaycanın nəzaərtinə keçəcək".

"Novosti Armeniya" xatırladıb ki, kənd sakinləri yolu bir neçə gün əvvəl bağlayıblar:

"Lakin danışıqlardan və bazar ertəsinə kimi heç bir qərar verilməyəcəyinə dair razılaşmadan sonra yol açmışdılar. Lakin bazar günü səhər kənd sakinləri Milli Təhlükəsizlik Xidmətinin qoşunların çıxarılması üçün ərazini minalardan təmizləməyə çalışdığını aşkar ediblər. Aldadıldıqlarından qəzəblənən sakinlər yenidən etiraz aksiyasına çıxıblar.

Kənd sakinlərinin sözlərinə görə, hələlik İrəvandan heç bir hökumət nümayəndəsi kəndə gəlmək və onlarla danışmaq arzusunda olduğunu bildirməyib".



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər