Ru
13:47 / 12 Avqust 2022

Erməniləri yalnız güc dilində başa sala bilərik - Politoloq

1812
Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcəklər.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz tviter səhifəsində bildirib.

O qeyd edib ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.


Növbəti Brüssel görüşündə hansı irəliləyişlər mümkündür?


Məsələ ilə bağlı politoloq Elşad Musayev Bakupost.az-a açıqlama verib.


Politoloq bildirib ki, biz dövlət olaraq heç bir görüşdən imtina etmirik:




"Avropa İttifaqının təşkil etdiyi görüşlərə önəm veririk. Eyni zamanda götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Ermənistan, konkret Paşinyan və onun rəhbərlik etdiyi hökumət isə imitasiya ilə, vaxt uzatmaqla Avropa İttifaqından maliyyə, Rusiyadan isə təhlükəsizlik təminatı almaq niyyəti güdür. Növbəti görüşdən sonra Paşinyan eyni taktikadan istifadə etməyə çalışacaq. Bizim isə antiterror əməliyyatı keçirməkdən başqa yolumuz qalmır və biz məhz hərbi üstünlük nəticəsində istəyimizə nail olacağıq. Hər dəfə ümumi bir razılaşma olur, amma ermənilər bu razılaşmaya əməl etmir. İndi də ermənilər razılaşmaya əməl etməyəcək və biz onları güc dilində başa salmağa çalışacağıq”.

Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər