Ru
15:02 / 18 Aprel 2024

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - VİDEO

920
Ermənistan Dövlət Gəlirləri Komitəsinin Kotayk rayonunun Nairi icmasının Proşyan kəndində Gevorq Çauş şossesi, 5 ünvanında yerləşən inzibati binası partladılıb.

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu, Ermənistan Müdafiə Nazirliyinin keçmiş binasıdır.

Ötən gün partlayış işləri ilə əlaqədar şossenin bağlanacağı ilə bağlı xəbər yayılmışdı. Təhlükəsizlik məqsədilə Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan Xilasetmə İdarəsinin yanğınsöndürmə-xilasetmə dəstəsinin bir döyüş heyəti hadisə yerində növbətçilik edir.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər