Ru
17:58 / 29 Sentyabr 2022

Ermənistan silah axtarışında: İrəvan yeni müharibəyə başlayır? - ŞƏRH

2107
"Hindistanla Ermənistan arasında əlaqələr çoxdan mövcuddur. Onlar arasında silah alınması barədə danışıqlar gedirdi. Yəqin ki, Hindistan Ermənistana silah göndərərəck".


Bunu Bakupost.az -a Hindistanın Ermənistana raket və döyüş sursatları göndərəcəyi barədə məlumatları şərh edərkən politoloq Qabil Hüseynli bildirib.


O hesab edir ki, Hindistanın göndərəcəyi silahlar təhlükəli silahlar sırasına aid edilə bilməz:




"Azərbaycan 10 qat güclü silahları İsrail, Pakistan və başqa ölkələrdən alır. Bu sarıdan Ermənistanın işləri ürəyaçan deyil. Hətta bu ölkə üçün çox qorxulu şərait yaranıb. Ordunu çağırışçı heyətlə komplektləşdirmək ciddi problemə yaranıb. Əlbəttə ki, Ermənistandakı revanşistlər sürətlə ordu qurub Azərbaycanla yeni müharibəyə başlamaq istəyir. Lakin bu müharibənin baş tutacağı real görünmür. Çünki Ermənistan ordusunun yenidən bərpası üçün böyük pullar, şəxsi heyət və ən azı 5-7 il vaxt lazımdır. Bu müddət ərzində də ola bilər ki, sülh müqaviləsi imzalansın və münasibətlər qaydasına düşsün. Ona görə də Ermənistanın silah alması barədə səyləri heç bir nəticəyə gətirib çıxarmayacaq".


Q.Hüseynli qeyd edib ki, Azərbaycan Ordusu hər cür mümkün təhlükələrin qarşını almağa qadirdir:


"44 günlük Vətən Müharibəsindən sonra ordumuzun say tərkibi 20-25 min nəfər artırılıb. Azərbaycanın hədəfi sayı100 minə çatan müasir və modern ordunun qurulmasıdır ki, artıq buna nail olunur. Həmçinin ordumuz artıq Türkiyə və NATO obrazları üzrə qurulması başa çatıb. Eyni zamanda Azərbaycanda yeni dağ-komandan qoşunları heyəti yaradılır. Bununla yanaşı Azərbaycanda xüsusi təyinatlı qüvvələrin sayı çoxaldılır. İsrail, Pakistan və Türkiyədən həm silah alınır, həm də silah istehsalı sahəsində birgə əməkdaşlıq genişlənir. Ona görə də Azərbaycan büdcə xərclərini müəyyənləşdirərkən ordumuza, onun tələbatına ciddi fikir verir. Ordunun yenidən qurulması prosesi, döyüş potensialının, zərbə və atəş qüvvəsinin artırılması üçün hər cür tədbilər görülür. Bu baxımdan Ermənistanın nə vaxtsa Azərbaycana çata biləcəyi barədə düşünməyə dəyməz".


Fərid
Baku Post


Həmçinin oxuyun:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər