Ru
23:59 / 09 İyun 2023

Ermənistanda əsir saxlanılan hərbçimizin həbs müddəti uzadıldı

Ermənistanda əsir saxlanılan hərbçimizin həbs müddəti uzadıldı
Eye

Ermənistan məhkəməsi yolu azaraq Ermənistan ərazisinə keçən və orada saxlanılan azərbaycanlı hərbi əsir Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.


Bakupost.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.


Jurnalistlərin məhkəmə prosesinə girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.


Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar