Ru
13:17 / 29 Aprel 2024

Ermənistandakı aksiyalar iki məqsədə xidmət edir - Politoloq

1649
Qazaxın 4 kəndinin Azərbaycana qaytaralımasından sonra Ermənistanda başlayan etiraz aksiyaları ara vermir. Tavuş bölgəsindən başlayan aksiyalar hazırda İrəvanda davam etdirlir. Bu, aksiyalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə necə təsir göstərəcək?

Siyasi şərhçi Qabil Hüseynli Bakupost.az -a açıqlamasında bildirib ki, sözügedən aksiyalar sülh müqaviləsinə mane olmağa yönəlib.

“Ermənistanda etiraz aksiyalarının keçirilməsində məqsəd odur ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması pozulsun, Paşinyan isə hakimiyyətdən devrilsin" - deyə Q.Hüseynli vurğulayıb.

Onun fikrincə, proseslərə bu nöqteyi-nəzərdən baxsaq, aksiyaların Azərbaycana da ziyanı var:

"Çünki biz bölgədə dayanıqlı sülhün əldə edilməsini gözləyirik. Sərkisyan, Köçəryan və Ohanyan kimi adamlar isə camaatı qeyri-qanuni, icazə verilməmiş mitinqlərə təhrik edirlər. Hətta ordunu da bu işə cəlb etməyə çalışırlar. Amma ordu tərəfindən bəyanat verildi və bildirdilər ki, hərbçilərin siyasi xarakter daşıyan aksiyalarda iştirak etmək hüququ yoxdur, ora getməklə yanlış addım atmışıq, bir daha bu səhv təkrar olunmayacaq”.

Q.Hüseynli hesab edir ki, Paşinyan bu aksiyaların qarışısını almağa nail olacaq:

“İnanmıram ki, gündəmində arqumentləşdirilmiş mesajlar olmayan bu cür kortəbii hərəkətlər Ermənistanda hansısa nəticələrə gətirib çıxarsın. Yəqin ki, Paşinyan polisi, lazım gəlsə, silahlı qüvvələri işə salıb onları neytrallaşdıracaq və sülh müqaviləsinə mane olanların öz məqsədlərinə çatmasına imkan verməyəcək”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər