Ru
07:38 / 01 İyun 2022

Əsir Şahbaz və Şahbaz əsirləri

11019
Mir Şahin

…Bəlkə də bu mövzuya qayıtmamalıydım, çünki yeni danışmışam. 

Amma hesab edirəm ki, yenə danışmalıyam. Çünki uzun müddət erməni əsirliyində olmuş və o zaman məcburiyyət qarşısında, diri qalmaq naminə antiazərbaycan fikirlər səsləndirmiş, bununla da düşmənə sərf edən hərəkətlərə yol vermiş bir əsirin—bu gün də Azərbaycanda, ölkənin içindən yayınlanan müxtəlif youtube kanallarında “ağlına və ağzına gələnləri danışmaqla yenə də ermənilərin əlinə işləməsnə bəraət qazandırmağa çalışanlar var… hətta təcrübəli həmkarlarım arasında da… Əfsus!

...Əsir üçün azad olmaq ən böyük mükafatdır. Əgər o bunu anlamırsa, əvəzində dövləti şantaj edirsə Cinayət Məcəlləsinin uyğun bəndi xatırlanmalıdır. Öz həbsxanamızda yatmaq yəqin daha şərəfli olardı.

…Açığı, mən gözləyirdim ki, əsirlər Bakıya çatan kimi Dövlətin müvafiq qurumlarından: “Bizi dərhal Kəlbəcərə göndərin!”-deyə tələb edəcəklər. Axı biz bütün dünyaya çar çəkmişdik ki, onlar Kəlbəcərə, dədə-babalarının məzarını ziyarətə gedəndə yaxalanıblar. Ona görə də məntiqlisi onları Kəlbəcərdə görmək olardı!


Təsəvvür edirsiz? Şahbazgil dövlətdən müstəsna hal kimi icazə və çadır alır, gedirlər Kəlbəcərə. Çadırlarını da elə oralarda qurub yaşayırlar. Youtub-mutubda yox, işğaldan azad edilmiş ərazilərə, həm də Kəlbəcərə gələn qonaqların, diplomatların, yerli və əcnəbi medianın qarşısında danışırlar. Əsirlikdə başlarına gətirilən müsibətlərdən, məruz qaldıqları işgəncələrdən…


Başının deşiyini, barmaqlarının sındırılmasını da bizə, Azərbaycan dövlətinə yardım, təqaüd almaq məqsədilə yox, beynəıxalq təşkillatlara düşmənin manyak xislətinin sübutu kimi nümayiş etdirirlər! Adam əsirlikdə olduğu müddətdə ailəsinin dağıldığına görə Azərbaycanı yox, aqressor Ermənistanı ittiham edir! Ayrıca iddia ərizələri ilə Beynəlxalq Ədalət məhkəməsinə Ermənistanı verib, itirilmiş azadlıqlarına, ömürlərinin illərinə görə hesab tələb edirlər! Yaxud 1-ci Ermənistan-Azərbaycan müharibəsində əsir və itkin düşmüş soydaşlarımızın aqibəti ilə məşğul olmaq istəyilə QHT yaradırlar!

Çox şey edə bilərdilər.
Hər şey edə bilərdilər.
Amma bir şeydən başqa!
Efirə çıxıb Azərbaycan dövlətinə arxadan xəncər saplamaqdan başqa! Ermənistanla Haaqa məhkəməsində çəkişən Azərbaycanın məhz bu çağında düşmən maraqlarına xidmət edən açıqlamalar verməkdən başqa! Əsir düşməklə və bu statusda ermənilərə bütün mümkün xidmətləri göstərməklə dövlətimizi onsuz da əlverişsiz vəziyyətə salmış
əsirin hələ xüsusi imtiyaz da tələb etməsi, yumşaq desək, həyadan deyil!

Əsirin dünən də, bu gün də dövlətimizin əleyhinə olan çıxışlarını tirajlayan youtube-kanalların davranışı isə azı anlaşılmaz və qaranlıqdır. 

Erməni kanalları ilə unison şəkildə müvafiq maraqlar paylaşan “həmkarlar” təcili şəkildə dırnaqdan çıxmaq barədə düşünməlidir. Media azadlığı təkcə hər şeyi, hər kəsi efirə, yayıma buraxmaqda azad olmaq deyil, həm də hər şeyi və hər kəsi efirə, yayıma buraxmamaqda azad olmaqdır!
Məsələ yalnız sosial-kommunal-iaşə hikkəsinin tələbi ilə dövlətimizi təhdid edən hansısa əsirin zərərli çıxışlarında deyil. Söhbət ümumiyyətlə, müəmmalı xarici fondların ( məs. NED kimi) maliyyələşdirdiyi belə youtube kanalların- “virtual diversantların” təhlükəli missiyalarından gedir. Youtube kanalları Azərbaycan dövlətini, o cümlədən Prezidentin şərəf və ləyaqətini hədəf seçənlərin, ən iyrənc formada təhqir edənlərin tribunasına çevrilib! 

Onlar böyük şantaj dəstələri şəklində fəaliyyət göstərirlər! Bu çığırqanların açıq və gizli hədə-qorxu yoluyla ayrı-ayrı şəxslərdən, imkanlı və səlahiyyətli qurumlardan xərac istəmələri, xoflu məmurlardan gözünün odu qarışıq başqa nələrsə almaları barədə də siqnallar daxil olur. Hüquq-mühafizə orqanları yəqin ki öz qətiyyətli sözünü deyəcək. Amma buna qədər biz də öz sözümüzü deməliyik. Jurnalistikamızı, şərəfli peşəmizi namusumuz kimi qorumalıyıq. Böyük Mövzular! Tarixi Başlıqlar dövründə yaşayırıq! Görməmək korluqdur!

Və əgər biz “Belələri süni gündəm yaratmaqla, cəmiyyətin diqqətini taleyüklü məsələlərdən yayındırırlar”-deyiriksə, qınağımızı kompliment kimi qəbul etmək lazım deyil. Əksinə, biz belə deməklə bunu edənlərin çox aşağı səviyyəyə düşdüklərini vurğulayırıq.

Biz deyirik:
-böyük mövzularla işləyin!
-Xalq öz tarixinin ən uca yerindədir. Şuşa boyda, Kəlbəcər boyda, Ağdam boyda olun.
-Azərbaycan və Türkiyə xalqlarımızın arzularının vahid mənəvi-siyasi birliyini yaradıb! Başınızı uca tutun ki, qürur və zəfər uçuşlarını da görə bilin!
-44 günlük Vətən Müharibəsinin qürurunu hiss edin, təlqin edin!

… Amma
…Görünür ki, əsir olan təkcə Şahbaz deyil, Şahbazın da əsirləri var... Youtube kanalları, tanış “həmkarlar”ımız da üstündə!

Əsirlikdən çıxarmaq, azad etmək vaxtıdır!
Şərhlər
  • Raymond

    Bu Mir Fahisenin hec bir movzuda danismsga ixtiyari yoxdur

  • t.ədalət

    Məlumdur ki,məşhur kürdçülük xəstəsi Şamil Əsgərovun oğlu kürd Həjar Rusiyanın Penza və Voronej şəhərlərində gələcəkdə qurmaq istədikləri kürdüstan dövlətinin əsgərlərini hazırlayır.Onların bu seperatçı işlərindən Azərbaycanda xəbəri olanlar var və heç kim kürdlərin bu hərəkətinə mane olmaq istəmir.Şahbaz da,Dilqəm də,görünür,Hajarın Rusiyada təlim keçdiyi adamlardır.Onu da demək lazımdır ki,ermənilər bu seperatçılardan istifadə edir,ancaq onlarla iş birliyi qurmurlar.Şahbazkimilərin əməlini açmaq üçün Hajar düyününü açmaqdan başlamaq lazımdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər