Ru
12:50 / 16 Aprel 2024

Etibar Məmmədovdan oğlu ilə bağlı xəbərə REAKSİYA

2299
Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun SOCAR Türkiyə şirkətində işə düzəlməsi barədə məlumatlar yayılıb.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, partiya lideri sayta açıqlamasında sözügedən məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O, SOCAR Türkiyə-də işləmir”, - E.Məmmədov deyib.

Qeyd edək ki, Etibar Məmmədovun 2 oğlu, 1 qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir. Kiçik oğlu Ayxan Məmmədov isə AMİP Gənclər Təşkilatının sədridir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər