Finlandiyada stasionar telefon rabitəsi tarixə qovuşur.
Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, iyulun 1-dən etibarən ölkədə fəaliyyət göstərən son telekommunikasiya şirkəti də fiziki şəxslər və korporativ müştərilər üçün stasionar telefon xətlərinin xidmətini dayandırıb.
Məlumata görə, yeni qoşulma müqavilələrinin bağlanması bir neçə il əvvəl dayandırılmışdı. Cari ilin əvvəlinə operatorun cəmi bir neçə min aktiv stasionar bağlantısı qalmışdı.
Bundan əvvəl ölkənin daha iki böyük telekommunikasiya şirkəti stasionar şəbəkələrini bağlamışdı. Onlardan biri 2019-cu ildə, digəri isə 2026-cı ilin əvvəlində bu texnologiyadan imtina edib.
Beləliklə, Finlandiya XIX əsrin sonlarından istifadə olunan stasionar telefon rabitəsi ilə tam vidalaşaraq mobil və internet texnologiyalarına tam keçid edən ölkələrdən birinə çevrilib.
Qeyd edək ki, bu rabitə sistemi Finlandiyada 100 ildən artıq müddətdə istifadə olunurdu.
Nə yaxşı təsdiq olunub bu şərhlər....
Müharibə olsa, lazım olacaq
Vaxtı ikən kaöız pullardan imtina edən Kanada onlara qsyıtdı, kaöız kitandan imtina edən İsveç məktəblərdə plamçeti qadağan edib kağız kitaba qayıtdı. Stasionar telefona da qayıdacaqlar. Xətti rabitə daha etibarlıdır və məlumatların məxfiliyi baxımından mobil rabitədən üstündür. Zaman göstərəcək
Şəxsən mən 3 ildir ki ev telefonundan imtina etmişəm.
Mən istifade edirəm bagıamaq fikrimde yoxdur həmde ziyansızdır .Çox şeyə lazımlıdır ev telefonu
Fetullayev
Ev telefonları neye lazımdır deyenler edir sözüm,.. şəxsən.men, ailem istifade edirik, çünki telefonla bağlı problem olanda şeher nömrəsinə yigirig ya isig ya qaz idaresi nede lazım olandada həmçinin,.. hamının adından danışmağa lazımdır deyil yeni,..
Bizde de legv olunmalidir. Biz oz telefonumuzu ele yeni sisteme kecende baglatdirdiq. Cunki modemsiz islemirse neye lazimdir o telefon. Hem de daha ehtiyac qalmamisdi. Vatsapp olan yerde ev telefonuna ehtiyac qalmir. Ayliga verdiyim pulu kontur vuraram.
Bax bu nə başlıqdır? Bizim nəyimizə lazım idi Finlandiyanın rabitə sistemi qərarları?
Düz ediblər . Bizdə də lazımsız bir hala düşüb. Bir rabitəki elektrik olmayanda işləmir , onda o nəyə lazımdır?