Ru
19:27 / 05 Noyabr 2022

Daha bir məktəbdə Zəfər Günü qeyd olundu - FOTOLAR

7440
Bakı şəhərində yerləşən şəhid Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə Zəfər Günü qeyd olunub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Bakupost.az xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Sevda Əliyeva 44 gün davam edən Vətən müharibəsində qazanılan parlaq Qələbənin tariximizin şanlı səhifələrindən olduğunu söyləyib. Direktor bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək uğurlu əks-həmlə əməliyyatları ilə 8 Noyabr - Zəfər Gününə gedən yolu açdı. Torpaqlarımız işğaldan azad edildi. Bu gün biz qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd edirik: “Hazırda Qarabağda quruculuq işləri dayanmadan, sürətlə davam etdirilir. Artıq Qarabağa Böyük Qayıdışa başlanılıb. Qarabağlılar öz tarixi yurd-yuvalarına geri dönürlər”.


Tədbirdə iştirak edən Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov qeyd edib ki, düşmən hər zaman torpaqlarımıza göz dikib: “Biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı düşmən tapdağından azad etdik. 30 illik işğala, Qarabağın tarixi sakinlərinin həsrətinə son qoyduq. Lakin unutmamalıyıq ki, mənfur düşmənimiz torpaqlarımızı işğal etmək üçün fürsət gözləyir. Ona görə də ayıq-sayıq olmalıyıq. Gələcəyimiz olan uşaqları vətənpərvərlik ruhunda böyütməliyik”.


Üzeyir Hacıbəylinin ev-muzeyinin nəzdində fəaliyyət göstərən “Nur” uşaq xorunun (bədii rəhbər və dirijor Mələk Vəlizadə, konsertmeyster Rafiq Bəkirov) ifasında Xalq artisti Sərdar Fərəcovun bəstələdiyi “Sən azadsan, Şuşa” mahnısı səsləndirilib.


Sonda Zəfər Gününə həsr olunmuş şeir, inşa, rəsm və ən yaxşı divar qəzeti müsabiqələrində fərqlənən şagirdlərə diplom təqdim edilib.
Daha bir məktəbdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Daha bir məktəbdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Daha bir məktəbdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Daha bir məktəbdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Daha bir məktəbdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər