Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:28 / 14 İyun 2024

"Faiqdi də, xəstə adamdı..." - Əli Mirəliyevdən sərt cavab

16053
Xalq artisti Faiq Ağayev efirdə müğənni Əli Mirəliyevin ünvanına sərt ittihamlar səsləndirib.

F.Ağayev çıxışı zamanı Ə.Mirəliyevin efirə kimisə söymək üçün çağırıldığını bildirib:


“1815-ci ildə bir mahnı oxuyub, yaşlı insandır, ondan sonra bir dənə də olsun, mahnı oxumayıb. Efirlərə isə kimisə söyməyə çağırırlar. Filankəsi, bəhmənkəsi söy. Ay qardaş, mahnı oxu da, sənin belə şöhrətli sənət yolun da olmayıb ki, biz baqajına görə sənə hörmət edək. Orda cəmi bir mahnı var və o da ki, böyük bir sənətkarın qanadının altında gizlənmişdi”.

Ünvanına səslənən ittihamlarla bağlı Bakupost.az -a açıqlama verən müğənni Əli Mirəliyevlə F.Ağayevə qardaşına görə hörmət etdiyini bildirib.

O qeyd edib ki, Faiq Ağayevi onu yada salan olmadığı üçün bu cür fikirlər səsləndirib:

"Faiq Ağayevi yada salan yoxdur axı... Ona görə başlayıb mənim əleyhimə danışmağa. Faiqdi də, xəstə adamdı. Heyf onun qardaşı İlhamdan, onların Lənkəranda böyük, hörmətli ailəsi var. İlham mənim dostum olub və ansamblımda skripka çalıb. Faiq qurban olsun İlhama. İlham da mənə deyib ki, ay Əli, o xəstədi, onu yola ver. Faiqlə mənim münasibətim necə yaxşı ola bilər ki, mən kişiyəm, o isə xəstədir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar