Ru
09:50 / 05 Noyabr 2022

Fazil Məmmədov dəfn edildi - Yenilənib-FOTO

5355

***

09:28


Türkiyədə xəstəxanada vəfat edən sabiq vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.


Bakupost.az xəbər verir ki, eks-nazir bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. 

Bir neçə il əvvəl F. Məmmədovun qaraciyər sirrozuna tutulduğu haqda xəbərlər yayılsa da, onun pankreatitdən (mədəaltı vəzin iltihabı) əziyyət çəkdiyi məlum olmuşdu. Keçmiş nazir Türkiyədə müalicə alırdı.

***
09:50

Fazil Məmmədov dəfn edilib.

Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər