Ru
21:39 / 30 Noyabr 2022

Fazıl Say boşandı: məhkəməyə həyat yoldaşı ilə əl-ələ gəldi - FOTO

4128

Dünyaca məşhur pianoçu Fazıl Say 3 il əvvəl evləndiyi Ece Dağıstanla bu gün boşandıqlarını açıqlayıb.


Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, məşhur cütlük məhkəmə binasına əl-ələ daxil olub.


Bu barədə Fazıl Say özünün "Instagram" hesabında məlumat paylaşıb.

"Çox kədərliyəm, bu gün həyat yoldaşım Ece ilə evliliyimizi bitirdik. Beykoz Məhkəmə binasına Ece ilə əl-ələ girdik, əl-ələ çıxdıq", - deyə yazan pianoçu 7 illik sevgi münasibətini xoş xatirələrlə yadda saxlayacağını qeyd edib.


Qeyd edək ki, cütlük 2019-cu ildə İtaliyanın Milan şəhərində nikah masasına əyləşmişdi.

Fazıl Say boşandı: məhkəməyə həyat yoldaşı ilə əl-ələ gəldi - FOTO
Fazıl Say boşandı: məhkəməyə həyat yoldaşı ilə əl-ələ gəldi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər