Ru
11:15 / 26 Sentyabr 2024

FHN-nin əməkdaşı qəzada öldü - Toyu olacaqdı - FOTO

FHN-nin əməkdaşı qəzada öldü - Toyu olacaqdı -  FOTO
Eye

Ağcabədi rayonundakı qəzada ölən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olub.

Bakupost.az unikal-a istinadla xəbər verir ki, Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışıb.


Mərhum nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Nənəsi vəfat etdiyi üçün toy təxirə salınıb.

Qeyd edək ki, hadisə işdən kənar vaxtı Ağcabədinin Poladlı kəndində qeydə alınıb. Mahir Şükürzadənin idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən M.Şükürzadənin həyatını xilas etmək mümkün olmayıb.

FHN-nin əməkdaşı qəzada öldü - Toyu olacaqdı -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar