Ru
10:41 / 18 Yanvar 2023

FHN sürücüsü faciəvi şəkildə öldü - FOTO

FHN sürücüsü faciəvi şəkildə öldü -  FOTO
Eye

Dörd gün əvvəl Oğuz rayonunda baş vermiş ağır qəzada xəsarət alan rayonun Sincan kənd sakini Aslan Umarov vəfat edib.

Bakupost.az xəbər verir ki, A.Umarov dünən Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. O, Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsində sürücü vəzifəsində çalışırmış.


Qeyd edək ki, hadisə vaxtı Aslan Umarovun idarə etdiyi "VAZ-21074" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə A.Umarov və sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

FHN sürücüsü faciəvi şəkildə öldü -  FOTO
FHN sürücüsü faciəvi şəkildə öldü -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar