Ru
20:41 / 09 Sentyabr 2026

1975-ci ildən qalan SSRİ qaydası tarix olur – Ermənistan ordusu yeni sistemə keçir

1975-ci ildən qalan SSRİ qaydası tarix olur –  Ermənistan ordusu yeni sistemə keçir
Eye

Ermənistan Silahlı Qüvvələrində hərbi salamvermə qaydasının NATO ölkələrində tətbiq olunan formaya uyğunlaşdırılması müzakirə edilir.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Ermənistan hərbçilərinə bundan sonra baş geyimi olmadan da əli başa qaldıraraq hərbi salam verməyin tətbiq edilə biləcəyi bildirilir.

İndiyədək Ermənistan ordusunda hərbi salamvermə sovet və Rusiya hərbi ənənəsinə uyğun həyata keçirilib: hərbçi baş geyimində olduqda sağ əlini onun kənarına qaldırır. Bu qaydanın kökü SSRİ ordusunun nizamnaməsinə gedib çıxır. Məsələn, SSRİ Silahlı Qüvvələrinin 1975-ci il nizamnaməsində baş geyimi olan hərbçinin salam verərkən əlini baş geyiminə qaldırması açıq şəkildə nəzərdə tutulurdu. Baş geyimi olmadıqda isə əl başa qaldırılmırdı.

Müzakirə edilən yeni qaydada isə hərbçinin baş geyimi olmadan da əlini başına qaldıraraq salam verməsi nəzərdə tutulur. Bu, Ermənistan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlardan biri kimi təqdim edilir.

Ermənistan Müdafiə Nazirliyi isə belə bir qaydanın tətbiqi barədə hələ qərar qəbul edilmədiyini bildirib. Bununla yanaşı, nazirlik məsələ ilə bağlı müəyyən müzakirələrin aparıldığını təsdiqləyib.

Bundan əvvəl müdafiə naziri Suren Papikyan Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı qüvvələr briqadasında NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində birinci səviyyəli özünüqiymətləndirmə prosesinin keçirildiyini açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar