Xalq artisti Firəngiz Mütəllimova “Görüş yeri” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:
“Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı “Səni axtarıram” teletamaşasında canlandırdığım “Gülnar”ı sevir, məni yox. İnsanlardan uzaqlaşdım, bir az inamım azaldı. Qohumlarımdan da uzaqlaşdım. Dedim ki, bunlar hamısı “Gülnar”ı sevir.
O vaxt bəlkə də, teatrda yeşiklərlə məktublar alırdım. Həmin dövrdə mobil telefon yox idi. Məktublar, əlində güllə dayanıb gözləyənlər var idi. Amma peşman deyiləm, o mənim alın yazım idi. Taleyim, qismətim idi”.
Ere gedib boshanibsiniz, bir neche defe bu hagda danishmisiniz. Ozu de Iranli idi.
Evlenmemek səbəbini Yaşar Nuri idi
Siz aile qurmusuz ayrìlmusuz Evladiniz da olmayib
Saşa rəhmətlik imkan vermədi.
İnsanlar bilin mən bir toy müğənnisi həyat yoldaşı olaraq sizə deyim müğənnilər və tanınmış belə insanlar efirdə hər yerdə yalan danışırlar.Mən bunu öz müğənni yoldaşımdan görmüşəm.Onların efirdə orda burda danışıqlarına inanmayın
Axı ailə qurmamağınızın səbəbi həm da Yaşar Nuri olub)))
Bəs 1993-də İsveçrədə döydürdüyün iranlı kim idi ?
Nə üçün yalan danışırsınız. Siz ərə gedibsiniz
Həyatınızı karyeranıza qurban vermisiniz