Xalq artisti Flora Kərimova sabah xəstəxanadan evə buraxılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, Flora Kərimovanın səhhəti normallaşıb.
Qeyd edək ki, Flora Kərimova bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Xalq artistinin səhhəti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətində idi.
***
11:24
Səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gündür xəstəxanada müalicə alan Xalq artisti Flora Kərimova bu gün evə buraxılır.
Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, Flora Kərimovanın müalicə prosesi müsbət nəticə verib və həkimlərin qərarına əsasən, bu gün saat 3-də evə buraxılacaq.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.