Ru
12:39 / 06 İyun 2024

“Flora xanımla Afəti barışdıra bilərəm...” - Şeyx Əbdül

3154
Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızının məhkəmə çəkişməsi gündəmdən düşmür.

Moskvaya yollanaraq bir müddət məhkəmədən yayınan Afət Fərmanqızı haqqında məhkəmə həbssiz axtarış elan etmişdi. Ona görə də müğənni ölkəyə daxil olan kimi dərhal məhkəməyə gətirildi və izahatı alındı. Hazırda məhkəmə prosesi davam edir və Afət Fərmanqızı barışmaq istəsə də Flora Kərimova bundan imtina edib. Flora Kərimovanın digər məhkəmə mübahisəsi jurnalist Ülviyyə Alovluyladır. Burda da Xalq artisti jurnalist tərəfindən şərəf və ləyaqətinin təhqir olundğunu bildirərək məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi Flora Kərimovanın xeyrinə qərar çıxarıb.


Bakupost.az -a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Flora Kərimovaya qarşı bu cür münasibətin yolverilməz olduğunu bildirib:


“Hər adam Flora xanımın səviyyəsində deyil ki, onunla baş-başa gəlsin. Onsuz da bütün qanlı-qadalı müharibələrin belə sonu sülhdür, barışıqdır. Bu sülh həm bu dünyada, həm də axirət dünyasında lazımdır. Peyğəmbər buyurur ki, günahkarları bağışlayın, səhv edənləri haqqa qaytarın. Ağbirçək, yaşlı adamlar belə şeylərdə bir az humanist olmalıdırlar. Flora xanım ustad bir sənətkardır, ömrünün elə bir vaxtıdır ki, bu cür adamlarla məhkəmələrdə vaxt itirməsini ona məsləhət görməzdim. Flora xanım kimi sənətkarlara hörmət, diqqət etmək lazımdır, çünki onlar xalqı təmsil edirlər. Onu öpüb, salamlayıram, bağrıma basıram. Afət xanıma isə demək istəyirəm ki, getsin Flora xanımla barışsın. Lazımdırsa, mənə desin birlikdə Flora xanımın evinə gedib barışıq edək”.




Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər