Ru
15:50 / 22 Aprel 2024

Fransa Azərbaycanla münasibətləri normallaşdırmaq üçün... - Açıqlama

1896

“Fransa Azərbaycandakı səfirini geri çağırmaqla bu ölkədə diplomatiyanın səviyyəsinin nə qədər aşağı olduğunu bir daha təsdiqlədi. Adətən böyük dövlətlər hansısa bölgədə nüfuz sahibi olmaq istəyirlərsə, orada müsbət işlər görürlər, müəyyən həmlələrlə balans yaratmağa və maraqlarını təmin etməyə çalışırlar. Amma Fransa bunu edə bilmədi, balansı pozdu. Balansı bərpa edə bilməyəcəklərini anladıqları üçün də bu addımı atdılar. Parisdə başa düşdülər ki, bundan sonra səfirin buradakı fəaliyyətinə lüzum yoxdur”.



Bunu Bakupost.az-a politoloq İlqar Vəlizadə bildirib.


Onun dediyinə görə, səfirlərin əsas işi odur ki, onlar təmsil etdiyi ölkənin xoşməramlılığını göstərsin və öz ölkəsi ilə digər ölkə arasında münasibətləri yaxşılaşdırsın, inkişaf etdirsin. Biz bugünədək bunun əksini və ancaq qərəzli mövqe gördük. Fransanın qərəzli münasibəti fonunda münasibətlərin inkişafından danışmaq mümkün deyil. Belə olan halda səfirin də buradakı fəaliyyətinə ehtiyac yoxdur:


“Hesab edirəm ki, Fransa Azərbaycanla münasibətləri normallaşdırmaq üçün öz siyasətinə yenidən baxmalı, yanlış qərarlar qəbul etməkdən əl çəkməlidir. Çünki bu qərəzli münasibət Fransanın milli maraqlarına ziyan vuracaq və regionda reallaşdırmaq istədiyi layihələrin üstündən xətt çəkəcək”.

Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər