Ru
13:37 / 21 Yanvar 2023

Fransa genişmiqyaslı əməliyyatlar üçün ordu yaradır

Fransa genişmiqyaslı əməliyyatlar üçün ordu yaradır
Eye

Fransa NATO çərçivəsində, Avropa İttifaqı ölkələrinin ordusu ilə və ya müstəqil şəkildə genişmiqyaslı hərbi əməliyyatlar aparmaq imkanına malik olmalıdır.

Bakupost.az rg.ru-ya istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Mont-de-Marsan aviabazasında ölkə ordusuna müraciəti zamanı deyib.

“Biz NATO daxilində və ya alyansdan kənarda avropalılarla hərəkət etməyi bacarmalıyıq və lazım gələrsə, birgə genişmiqyaslı əməliyyat keçirməyə imkan verəcək komanda imkanlarını təmin etməliyik”- deyə o bildirib.

Fransa prezidenti hazırda dünyanın üzləşdiyi təhlükələr arasında Ukrayna münaqişəsinin adını çəkib.

O, həmçinin qeyd edib ki, Fransanın növbəti altı il üçün (2024-2030) hərbi büdcəsinin 295 milyard avrodan 400 milyard avroya yüksəlməsi gözlənilir. Xüsusilə, Fransa kəşfiyyatının maliyyələşdirilməsində əhəmiyyətli artım (60%) olacaq.

Əfsanə Rəcəb
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar