Ru
17:32 / 16 Noyabr 2022

"Fransa qazın üzünü də görməməlidir" - Qabil Hüseynli

6545
Fransa Senatının qəbul etdiyi qətnamə tövsiyə xarakteri daşıyır.


Bunu Bakupost.az -a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Fransa Senatının anti-Azərbaycan qətnaməsini şərh edərkən deyib.


Politoloq bildirib ki, Fransa prezidenti həmin qətnaməni ləğv edə də bilər:

"Qətnamə qəbul olunsa belə, Azərbaycan Fransadan asılı bir dövlət deyil. Bu, sadəcə, ictimai fikrə təsir göstərir. Azərbaycan bu qətnamə ilə bağlı Fransadan BMT və digər beynəlxalq təşkilatlara şikayət etməlidir. Çünki bu qeyri-qanuni, iftira xarakteri daşıyır. Bütün bunlar Azərbaycanın etdiyi yaxşılıqlar qarşısında Fransanın nə qədər etibarsız olduğuni göstərir”.


Qabil Hüseynli Fransanın bu addımına cavab olaraq, ölkələr arasındakı alqı-satqı əməliyyatlarının dayandırılmasının vacib olduğunu qeyd edib:


“Düşünürəm ki, Azərbaycan tərəfindən bunun cavabı lazımi qaydada veriləcək. Neft konsorsiumuna daxil olan Fransa şirkəti var. Onun konsorsiumdan çıxarılması BP-dən asılıdır. BP razı olsa, onu konsorsiumdan çıxarmaq olar. Sadəcə, həmin şirkətin qoyduğu kapitalın bir qismini ödəmək lazım gələcək. Biz onlardan mal alırıq. Bunların hamısını dayandırmalıyıq. Fransaya neft satışına da son qoymalıyıq. Qazın isə heç üzünü də görməməlidirlər, yəqin ki də, görməyəcəklər”.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər