Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir.
Bakupost.az xəbər verir ki, Lorient şəhərində nümayişlər zamanı etirazçılar polis idarəsini yandırıblar.
Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçən pensiya islahatını təsdiqləyib. Belə bir qərarın təşəbbüskarı ölkə prezidenti adlanır. Pensiya islahatları fonunda Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Sənəd pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.
Zaur,
BakuPost