Ru
15:03 / 21 Sentyabr 2022

Fransada istehsal dayandı - Fabriklər bağlanır

Fransada istehsal dayandı - Fabriklər bağlanır
Eye

Fransanın “Le Monde” qəzeti ölkədə artan enerji qiymətləri qarşısında fabriklərin tab gətirə bilmədiyini və istehsalı dayandırdıqlarını yazıb.


Bakupost.az bildirir ki, qəzetdə yer alan "Enerji qiymətləri artır, fabriklər bağlanır” başlıqlı xəbərdə kiçik və orta şirkətlərin istehsalı minimuma endirdiyi,bəzilərinin isə tamamilə bağlandığı iddia edilir.


Xəbərdə hökumətin açıqladığı enerjiyə qənaət tədbirlərinin heç bir nəticə vermədiyi vurğulanıb.


Fransanın nəhəng şüşə fabriki olan “Duralex”in 5 ay boyunca istehsalı dayandıracağının xatırladıldığı xəbərdə, polad istehsalatçısı “LME”nin 31 dekabrdan etibarən şimaldakı fabriklərində istehsalı tamamilə dayandıracağına, “ArcelorMittal”ın isə istehsalı minimuma endirəcəyinə diqqət çəkilib.

Günel
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar