Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:11 / 11 İyul 2024

Gədəbəydə qonşular arasında dava

1774
Gədəbəy rayon Slavyanka kənd sakini S. Abbasova, İ. Ələkbərova və E. Abbasovun qonşuları tərəfindən döyülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Bakupost.az -a bildirilib.

“İlkin araşdırmalar zamanı məlum ki, həmin şəxslərə qonşuları 1991-ci il təvəllüdlü Fərhad Alıyev, 1995-ci il təvəllüdlü Murad Alıyev şəxsi münasibətlər zəminində əlbəyaxa dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Məsələ ilə bağlı müvafiq ekspertiza təyin olunub, hazırda Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - o deyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar