Ermənistanlı iqtisadçı Hrayer Kamendatyanın ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfəri ilə bağlı iddiası müzakirələrə səbəb olub. Kamendatyanın sözlərinə görə, Rubio Ermənistan ərazisində nadir torpaq materiallarını idarə etmək üçün sənəd alıb. Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən də nadir torpaq elementlərini tələb edir.
Mərkəzi Asiya respublikalarında da bu cür nadir torpaq elementlərinin əldə edilməsi uğrunda Rusiya və Qərb arasında kəskin mübarizə gedir. Artıq güclü dövlətlər hansısa ölkədə hərbi hissə və ordu saxlamaq əvəzinə, strateji dəhlizlərə nəzarəti ələ keçirməyə və nadir torpaq elementlərinə sahib olmağa çalışırlar.
Azərbaycan üçün də belə bir vəziyyət yarana bilərmi? Ölkəmizdə hansı nadir torpaq elementləri var?
Bakupost.a xəbər verir ki, Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dünyada yüksək texnologiyalar və süni intellektin sürətlə inkişaf etdiyini deyib:
“Hazırda bu sahədə ABŞ və Çin arasında ciddi rəqabət gedir. Yüksək texnologiya və süni intellektin inkişafı birbaşa nadir torpaq elementləri ilə bağlıdır. Onlara kim sahibdirsə, adı çəkilən sahələrdə irəliləyiş əldə edir.
Bu gün dünyanın ən nadir ehtiyatları əsasən Çin ərazisindədir. Pekin bir müddət əvvəl bu ehtiyatların ixracına qadağa qoyub ki, Avropa və ABŞ onlardan istifadə edə bilməsin. Ona görə də ABŞ alternativ bazarlar axtarışına başlayıb. Vaşinqton müxtəlif ölkələrlə əldə etdiyi razılaşmalarda əlavə bənd kimi nadir torpaq ehtiyatlarının birgə çıxarılmasını da qeyd edir. Məsələn, Qazaxıstan nadir torpaq ehtiyatları ilə zəngindir və ABŞ ilə saziş imzalayıb. Ermənistan da bu tip sazişlər imzalayıb.
O ki qaldı Azərbaycana, torpaqlarımız işğaldan azad ediləndən sonra xüsusilə Şərqi Zəngəzurda zəngin nadir torpaq ehtiyatlarının olduğu məlum olub. Lakin biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq. Lazım gələrsə, gələcəkdə bu sahədə sənədlər imzalana, əməkdaşlıq edilə bilər”.
İstəyən olsa Azərbaycanın torpağını, daşını da satarsız. Satmaqdan başqa əlinizdən nə gəlirki...
Unikal Siyasət və liderləri sosial-iqtisadi rifahı, yalnız və yalnız qüvvədə olan qarşılıqlı-adekvat (bərabər) vətəndaşlar və dövlətlar arası hüquqlara uyğun icraatı məramı ilə hakimiyyətlərə gətirilib! Nadir, Strateji yanacaq-enerji, ya digər sərvətlərin hasilatı və işlənməsi də yalnız və yalnız daha yüksək, zamana strateji əhəmiyyətinin texniki-iqtisadi əsaslandırma hesabatı üzrə aparıla bilər. Əsrin kontraktı neçənci ilə və nə qədər neft verməliydi. Daha çox hansı tərəfdaş qazandı? Neftlə bağlı digər sənaye sahələri nə qazandılar? Qızıl istehsalı, olsun on min ton! Bəs, yüz minlərlə ton təbiət-torpaqlar və ya qızıldan min dəfə çox mis kolçedanı?