"Ukrayna ehtiyac duyduğu və layiq olduğu sülh və təhlükəsizliyə nail olana qədər Böyük Britaniya bu ölkəyə yardımını davam etdirəcək".
Bakupost.az verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevdə Prezident Zelenski ilə birgə mətbuat konfransında deyib.
Rişi Sunak Böyük Britaniyanın gələn il də hərbi yardım göstərməyə davam edəcəyini əlavə edib:
"Özünüzü qorumağınıza kömək etmək üçün biz hava hücumuna qarşı dəstək, o cümlədən 120 xüsusi zenit silahı, həmçinin pilotsuz uçuş aparatları verəcəyik. Bundan əlavə, Böyük Britaniya ordunuz üçün xüsusi qış texnikası, həmçinin ümumilikdə 16 milyon funt sterlinq dəyərində humanitar yardım verəcək".