Ru
14:28 / 25 İyun 2025

Gəncədə ağır qəza: 4 müəllim xəsarət aldı

Gəncədə ağır qəza: 4 müəllim xəsarət aldı
Eye

Gəncə şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil digər maşınla toqquşub. Qəza nəticəsində Şəmkir rayon sakinləri 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova, 1985-ci il təvəllüdlü Vasif Məmmədov və 1991-ci il təvəllüdlü Zəkiyə Heydərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.


Qəzaya düşən şəxslər Şəmkirdə orta məktəb müəllimləridir. Onların vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar