Gəncədə 19 yaşlı İbrahim Nəzərov özünü asaraq intihar edib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, İbrahim Nəzərovdan üç gün xəbər olmayıb. Babası onun yoxa çıxmasından narahat olaraq istifadə etmədikləri birotaqlı evə baş çəkib. Qapını açanda nəvəsinin asılmış vəziyyətdə olduğunu görüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Gəncin bir neçə gün əvvəl intihar etdiyi bildirilir. Onun bu addımı hansı səbəbdən atdığı hələlik məlum deyil.
Qeyd edək ki, İbrahim Nəzərovun məhkumluğu olub. O, valideynlərini erkən yaşda itirib, nənəsi və babasının himayəsində böyüyüb.
Aysel,
BakuPost