Ru
10:55 / 12 Avqust 2022

Gənclər bu ixtisaslara üstünlük versin - Millət vəkilindən tövsiyə

3192
"Müəyyən ixtisaslar var ki, abituriyentlər onlara maraq göstərir, amma hazırda əmək bazarında həmin ixtisaslara önəm verilmir, təlabat yoxdur. Bu səbəbdən də gənclər ixtisas seçimi zamanı diqqətli olmalıdır. Bazarın tələblərini nəzərə almalı, yeni ixtisaslar istiqamətində seçimlərə üstünlük verilməlidir”.


Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.


O bildirib ki, ali təhsil almağa, oxumağa potensialı, həvəsi olmayanlar isə peşəyə yönəldilməlidir:




“Hər bir valideyn istəyir ki, övladı ali təhsil alsın. Biz valideynləri başa düşürük. Amma hansısa gəncin oxumağa həvəsi, potensialı yoxdursa, onu peşəyə yönləndirmək lazımdır. Gənclər əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi ixtisaslara ​ üstünlük verməlidir. Dünyadakı yeni çağırışlara hazır olmalıyıq. Bir müddət əvvəl ölkədə hər kəs hüquqşünas olmaq istəyirdi. Ancaq indi gənclərin seçimi başqa ixtisaslardır”.


Millət vəkili qeyd edib ki, ölkədə hansı sahəyə maraq çoxdursa, ora yönəlmək lazımdır: “Müasir əmək bazarını araşdırmalı və buna uyğun ixtisas seçimi edilməlidir. Gənclərə istiqamət verilməlidir ki, nəyə üstünlük versinlər. ​ Əmək bazarında kifayət qədər iş var, gənclər ixtisas seçimində səhvə yol verməməlidirlər”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər