Ru
21:30 / 18 İyul 2024

Gənclər niyə xoşbəxt deyil? - Araşdırma

Gənclər niyə xoşbəxt deyil? - Araşdırma
Eye

Orta məktəb və ya tələbəlik illərində bir çox gənclərə “Bu, həyatınızın ən yaxşı illəridir” deyən çox insan var. İndiki gənclər isə buna təəccüblənirlər. Çünki yeni araşdırmaya görə, ən bədbəxt seqment indi gənclərdir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Dartmut Universitetinin professoru David Blankflover və onun komandası gənclərlə bağlı öz tədqiqatlarında əvvəlki 600-dən çox araşdırmanı birləşdiriblər. Bu araşdırmalar göstərib ki, həyatın "U” formalı xoşbəxtlik əyrisi dəyişməyə başlayıb.

Ümumiyyətlə, xoşbəxtlik əyrisi əvvəllər tədqiq edilmiş həm insan, həm də heyvan icmalarında U şəklində olub. Yəni insanlar həyata xoşbəxt başlayıblar. Bu xoşbəxtlik orta yaşa qədər azalıb, amma sonra yenidən artıb. Yeni araşdırmalara görə, xoşbəxtlik indi daha çox tərs L kimi irəliləyir. Yeniyetmələr və gənclər ən bədbəxt qrupdur.

Bu vəziyyət ilk dəfə Amerikada təsbit edilsə də, Blankflover və komandası problemin Avstraliyadan Zimbabveyə qədər geniş bir coğrafiyada baş verdiyini sübut edib. 80 ölkədən məlumat toplayan elm adamları indiyə qədər 43 ölkəni araşdıraraq, eyni vəziyyətin bu ölkələrdə də yaşandığını ortaya çıxarıblar.

Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar