Ru
09:14 / 21 Yanvar 2023

Göyçaydan paytaxta narkotik gətirmək istədilər - FOTO

1476
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə 6 nəfər tutularaq istintaqa cəlb edilib, 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Goranboy rayon sakinləri – əvvəllər də törətdiyi cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Natiq Şahmuradov və qonşusu Ramin Qasımov saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı Natiq Şahmuradovdan 1 kiloqramdan artıq marixuana, 840 qram tiryək, yarım kiloqrama yaxın heroin, eləcə də 87 qram metamfetamin aşkar edilib. Araşdırma zamanı Natiq Şahmuradovun xarici ölkə vətəndaşına narkokuryerlik etdiyi məlum olub. Belə ki, o, pul qarşılığında qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən narkotik vasitələri respublikamızın şəhər və rayonlarına paylanılmasını təşkil edib. Sonuncu dəfə isə Ramin Qasımova məxsus avtomobillə Goranboydan Göyçaya gələn dostlar burada onlara deyilən ərazidən narkotik vasitə və psixotrop maddələri götürərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli bilinən daha 4 nəfər, əvvəllər də eyni əmələ, eləcə də digər cinayətlərə görə məhkum olunmuş rayon sakinləri-Elvin Quliyev, Rövşən Abdullayev, Adil Qasımov və Kənan Nəbiyev saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr-marixuana, heroin, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. İstintaq zamanı saxlanılanlardan Elvin Quliyevin digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun yaxın qohumunun evindən 680 manat pul oğurladığı da məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Göyçaydan paytaxta narkotik gətirmək istədilər -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər