Ru
14:42 / 20 Sentyabr 2022

Göyçə-Zəngəzur Respublikasının elanı böyük siyasi səhvdir - YAP-çı deputat

28470
"Bugünlərdə mətbuat və sosial şəbəkələrdə Göyçə-Zəngəzur Respublikasının yaradılması barədə xəbərlər yayılır. Bu qurum əqidəsi, məqsədi bilinməyən, qaranlıq mənbələrdən qaynaqlanan bir qrup insanlar tərəfindən Türkiyədə elan edilib. Bu təşkilatı yaradan insanlar bilərəkdən və ya bilməyərəkdən fəaliyyətləri ilə həm də iki qardaş ölkənin - Türkiyə və Azərbaycaın strateji müttəfiqliyinə kölgə salmaq niyyətindədir".


Bu fikirləri Bakupost.az -a Göyçə-Zəngəzur Respublikasının yaradılması ilə bağlı danışarkən millət vəkili Məlahət İbrahimqızı deyib.


Millət vəkili hesab edir ki, Göyçə-Zəngəzur Respublikasını elan etmək düşmən dəyirmanına su tökmək və onun planlanlarına uyğun hərəkət etməkdir:





"Bəli, hər kəsə məlumdur ki, cənab Preziden İlham Əliyev neçə illərdir, ən mötəbər kürsülərdə və ən mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu bütün dünyaya bəyan edib. Hətta 2020-ci ilin fevralında Münhendə keçirilən Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə debatında son iki yüz il ərzində Azərbaycanın tarixi torpaqlarının zaman-zaman necə ermənilərə verilməsini tarixi faktlarlaçatdırdı və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə barışmayacağını bildirdi. Prezidentimizin səsləndirdiyi bu fikirlər bir daha təsdiq etdi ki, Qarabağ, Gəncə, Şəki, Bakı, Qazax, Lənkaran Azərbaycanın bir parçası olduğu kimi, Göyçə, İrəvan və Zəngəzur da Azərbaycan torpaqlarıdır".


Bununla belə, M.İbrahimqızı bildirib ki, Göyçə-Zəngəzur Respublikasının elan edilməsi tamamilə yalnış bir addımdır və bu təşkilatın arxasında ağlam əqidəli qüvvələr ola bilməz:


"Bu təşkilatın təsis edilməsi Azərbaycan və Türkiyəni sevməyən, eləcə də bu iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin sifarişidir. Xüsusilə də indiki vəziyyətdə belə bir qurumun yaradılması Azərbaycanın beynəlxalq aləmdə qazandığı imicə, böyük uğurlara, torpaqlarımızın işğaldan azad edilməsinə, əldə edilən möhtəşəm Zəfərə kölgə salır. Bu addımı hansısa qüvvələrlə işbirliyi adlandırmaq olar. Bildiyimiz kimi, məğlubiyyətini qəbul etməyən dünya erməniləri hələ də sakit dayana bilmir. Onlar Azərbaycan sərhəddində vaxtaşırı hərbi təxribatlar törətməklə kifayətlənmir,həm də bir sıra xarici ölkələrdəki səfirliklərimizə basqın və hücüm edirlər. Eyni zamanda ölkəmizin daxilində olan "5-ci kolon" və milli xainlər də şanlı Ordumuzun erməni təxribatının qarşısını alımasını təcavüzkarlıq adlandırırlar. Bu, bir sıra suallar doğurur. Hesab edirəm ki, bütün bunlar ölkəmizə, Azərbaycan və Türkiyəyə, eləcə də iki ölkənin strateji müttəfiqliyə qarşı bir mərkəzdən idarə edilən və bir neçə istiqamətdə həyata keçirilən, ictimaiyyəti çaşdıran çirkin kampaniyalardır".



Millət vəkilinin fikrincə, bu, həm də dövlət siyasətimizə və dövlətçiliyimizə qarşı yönəlmiş bir addımdır:


"Göyçə-Zəngəzur Respublikasının elan edilməsi çox böyük siyasi səhvdir. Bir daha deyirəm, Göyçə də, Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. Ancaq hesab edirəm ki, bu insanlar etdikləri səhvin, yanlış yolun başlanğıcında, ortasında da olsalar, geri qayıtmalıdır. Bununla bərabər müvafiq qurumlar belə qaranlıq və çirkli niyyətin arxasında dayanan qüvvələri müəyyən edəcək. Azərbaycan ictimaiyyəti isə Göyçə-Zəngəzur Respublikasının “yaradıcıları”nın qaranlıq məramını çox doğru dəyərləndirəcək".


Deputat vurğulayıb ki, bir ziyalı və Qərbi Azərbaycanlı kimi “Göyçə-Zəngəzur Respublikası”nı və onu təsis edənləri rədd edir:


"Müzəffər Ali Baş Komandanımız, dövlət başçımız cənab İlham Əliyevin apardığı siyasəti izləyən, onu dəstəkləyən heç bir azərbaycanlı heç vaxt belə hərəkət etməz. Bu qüvvələrin təhlükəli fəaliyyətini qətiyyətlə rədd edir və bütün ictimaiyyəti də buna çağırıram".




Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər