Ru
09:45 / 02 İyul 2022

Göygöldə dəhşətli qəza: 6 nəfər öldü - YENİLƏNİB

7429
***
10:23


Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

DİN-dən Bakupost.az -a verilən məlumata görə, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


***
09:45


Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olan yük avtomobili ilə VAZ-2107 markalı avtomobil toqquşub.


Hadisə nəticəsində 6 nəfər - Samux rayonu, Sərkər kənd sakinləri Orxan Hümbətov, onun həyat yoldaşı Sona Hümbətova və onların iki yaşlı övladları İbrahim Hümbətov dünyasını dəyişib.


Bundan başqa, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Elsəvər Rövşən oğlu Şahməmmədov, 2009-cu il təvəllüdlü Aylin Vüsal qızı Yusibova da yol qəzasında həlak olublar.


Digər bir nəfərin adı hələlik məlum deyil.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər