Ru
09:22 / 04 Aprel 2024

Güclü külək qəsəbələri işıqsız qoydu - Naqillər qırıldı

Güclü külək qəsəbələri işıqsız qoydu - Naqillər qırıldı
Eye

Güclü külək səbəbindən bəzi qəsəbələrdə işıq kəsilib.

Bakupost.az xəbər verir ki, Masazır və Binəqədi qəsəbəsində külək işıq naqillərini qırıb, nəticədə hər yer işıqsız qalıb.

Sakinlər narazılıq edərək bildirirlər ki, bu hal tez-tez yaşanır:

“Nə zaman hava pisləşsə, işıqlarda problem yaranır. Evdə uşaq var, xəstə var, qoca var... İşıq olmayan kimi kombi sönür, ev buza dönür. Bu gün səhər saat 7-dən qaranlıqda oturmuşuq. “Azərişığ”a zəng edirik, deyirlər, iş görülür. Hər yerdə xəttlər sınıb. Təmir gedir. Nə zamana kimi belə olacaq, bilmirik...”.


Aygün
BakuPost


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar